Kahramanmaraşda bu gün 7 afterşok qeydə alınıb - Ən güclüsü 4.6 bal olub

Kahramanmaraşda çərşənbə günü zəlzələdən sonra 7 afterşok qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, afterşokun ən güclüsü 4.6 gücündə olub.
Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).
Baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 35 min nəfəri keçib.
Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları bütün ölkədə yarıya endirilib.
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib