Tələbələrin nəşi Azərbaycana sabah gətiriləcək - XİN rəsmisi

Türkiyədə zəlzələ nəticəsində dağıntılar altında həyatını itirən 4 azərbaycanlı tələbənin nəşi fevralın 16-da Azərbaycana gətiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə müəyyən prosedurlar icra olunduqdan sonra bu gecə cənazələrin Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Türkiyədə baş verən zəlzələ nəticəsində ölən azərbaycanlıların sayı 10 nəfərə çatıb.
Fevralın 6-dan Azərbaycana 513 nəfər təxliyə olunub.
Son məlumatlara görə zələzlədə 35 mindən çox şəxs həyatını itirib, 105 mindən çox yaralı var.
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.
Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























