• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə ilin iş adamı seçiləcək

ABB-nin dəstəyi ilə ilin iş adamı seçiləcək
15.02.2023 12:32
EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi "EY İlin İş Adamı” müsabiqəsinin qalibi 16 fevral tarixində elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 13 şirkət iştirak edir. Onlar IRES, Pickvisa, Bakı Tekstil Fabriki, Times Consulting, Savalan ASPI Winery, Lignum Logistic, Crispa Snacks, Spektr Medical Group, Facemark, Baku Holiday Travel, Qranit QP, Simbrella, CinemaPlus şirkətləridir. Qalib bu şirkətlər arasından seçiləcək və "Dünya üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

ABB artıq dördüncü ildir ki, "EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir.

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.

"EY İlin İş Adamı" müsabiqəsi dünyanın 60-dan çox ölkəsində təşkil edilir. ABB-dən başqa bp, Veysəloğlu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ekvita şirkəti və AZPROMO da müsabiqəyə dəstək verir. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol