İqtisadçı ekspert atasının dəfn pulunu ala bilmir

İqtisadçı ekspert Samir Əliyev atasının dəfn pulunu ala bilmir. Bu barədə Əliyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin142 çağrı mərkəzinə zəng vurub dəfn pulunun ödənilməsində yaranmış ləngimənin səbəbini soruşuram. Xanım cavab verir ki, DOST-a müraciətdən sonra 15 iş günü ərzində cavab veriləcək. Xatırladıram ki, müraciətimin üstündən 3 həftə (16 iş günü) keçib. Növbəti cavab belə olur ki, yəqin 30 günlük icraata götürülüb. Sual verirəm ki, bu nə çətin bir işdir ki, 15 iş günü azlıq etdi, keçiblər 30 iş gününə? Cavab belə olur ki, "bilmirəm, DOST-a müraciət edin”. DOST-la necə əlaqə saxlamağı soruşanda isə cavab məni şoka saldı. Məlum oldu ki, DOST-a zəng etmək mümkün deyil. Bunun üçün mərkəzin özünə təşrif buyurmaq lazımdır. Təsəvvür edirsiz bu nə deməkdir?” , - ekspert narazılığını bildirib.
Samir Əliyev deyir ki, poçtdan ona dəfn pullarının gecikməsinin səbəbini büdcənin hələ açılmaması ilə bağlı olduğunu xatırladıblar.
Məsələ ilə bağlı "DOST" -dan bildirilib ki, ekspertin şikayəti ilə bağlı məsələ araşdırılır, yaxın zamanda bununla bağlı açıqlama veriləcək.
Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə Azərbaycanda 2022-ci il 49 min nəfərdən çox şəxsə 32.5 milyon manat dəfn pulu ödənib.
Bildirilib ki, yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum əmək pensiyasının 240 manatın 3 misli, yəni 720 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa görə, əlilliyə görə sosial müavinət alan şəxslər, ailə başçısını itirməyə görə, habelə 1 iyul 2022-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və hazırda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət alan uşaqlar, sığortaolunan və işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə isə 350 manat məbləğində birdəfəlik müavinət verilib.
Cari ilin 1 yanvarından ölkədə dəfn pulunun məbləği prezidentin sərəncamı ilə 300 manatdan 500 manata çatdırılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























