Natiq Əliyev Rəssamlıq Akademiyasına rektor təyin olunub - SƏRƏNCAM

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovu Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edərək həmin vəzifəyə Xalq rəssamı Natiq Kamal oğlu Əliyevi təyin edib.
Bu barədə ölkə başçısı sərəncam imzalayıb.
Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakıda anadan olub. 1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Məktəbi "Fərqlənmə diplomu” ilə bitirib. 1978-1983-cü illərdə təhsilini V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində davam etdirib. Natiq Əliyev 1980-1983-cü illərdə Lenin təqaüdçüsü olub. O, 2005-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı” fəxri adına layiq görülüb, 2018-ci ildə "Şöhrət” ordeni ilə təltif edilib.
Əliyev Ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin müəllifidir.
Xalq rəssamı bu təyinatadək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























