"DOST" agentliyi iqtisadi ekspertin tənqidinə cavab verib

İqtisadi ekspert Samir Əliyev atasının dəfn pulunu fevralın 17-də Kapital Bankın istənilən filalına yaxınlaşmaqla ala bilər. Bu barədə anews.az-ın sorğusuna cavab olaraq "DOST" Agentliyindən bildirib.
"Vətəndaş Samir Əliyev 24.01.2023-cü il tarixində Abşeron DOST Mərkəzinə dəfn müavinətinin ödənilməsi ilə bağlı müraciət edib. Müraciətin araşdırılması zamanı müəyyən olunub ki, mərhum Əliyev Oqtay Zakir oğlu 28.12.2022-ci il tarixində vəfat etməsinə baxmayaraq ölüm haqqında şəhadətnamə 16.01.2023-cü il tarixində alındığından, mərhumun pensiya ödənişi dayandırılmamış və bu səbəbdən vətəndaşa 2023-cü ilin əmək pensiyası artıq ödənilib. Prosedura uyğun olaraq müvəkkil banka sorğu ünvanlanmış və artıq köçürülən vəsait Filialın hesabına bərpa edilib. Vətəndaş 720,00 manat dəfn üçün müavinəti 17.02.2023-cü il tarixində Kapital Bankın istənilən filialına yaxınlaşaraq əldə edə bilər", - açıqlama bildirilib.
Çərşənbə günü iqtisadi ekspert Samir Əliyev sosial hesabında paylaşım edərək atasının dəfn pulunu ala bilməməsi ilə bağlı paylaşım edib. Ekpert prosedurların uzadılmasına görə adıçəkilən qurumun fəaliyyətini tənqid edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























