Türkiyədə baş verən son 2 zəlzələ iki dəqiqə davam edib - AFAD rəsmisi

Türkiyənin cənub-şərqində baş verən son iki zəlzələ iki dəqiqə davam edib. Bunu çərşənbə günü Ankarada Türkiyə Fövqəladə Hallar İdarəsi risklərin minimuma endirilməsi şöbəsinin rəhbəri Orhan Tatar yerli telekanallarda çıxışı zamanı deyib.
"Bu iki zəlzələnin ümumi müddəti iki dəqiqə olub. Zəlzələnin ocağı 8,5 və 10 km dərinlikdədir. Bundan əlavə, biz 3858 afterşok qeydə almışıq", - AFAD rəsmisi bildirib.Tatar qeyd edib ki, vəziyyət son dərəcə ciddidir.
"Zəlzələlər 111 min kvadrat kilometr əraziyə birbaşa təsir göstərib. Bu, Avropanın və regionun bir çox ölkələrinin ərazisindən çoxdur.İlk iki zəlzələdən sonra 3858 afterşok qeydə alınıb. "4-5 bal gücündə 394 afterşok, 38-i 5-6 bal gücündə. Bu, çox təsir edici və təhlükəli rəqəmdir", - o deyib.
Bundan əlavə, Tatar güclü yağışların başlaması ilə əlaqədar zərər çəkmiş bölgələrdə əhalini xüsusilə diqqətli olmağa çağırıb.
"Bir sıra rayonlarda güclü qar yağmağa başlayıb və ya proqnozlaşdırılır. Dağıntı və dəyişiklikləri nəzərə alsaq, uçqun və sel riski yüksəkdir. Torpaqların sıradan çıxması və sürüşmə riski də var", - Orhan Tatar vurğulayıb.
Türkiyədə zəlzələ nəticəsində həyatını itirən insanların sayı 35 mini ötüb. Yaralıların sayı isə 105 505 yüksəlib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























