• $
  • €
  • ₽
  • ₺
  • £

"Palmali" zəlzələ zonasında çadır şəhərciyi salacaq -FOTOLAR

"Palmali" zəlzələ zonasında çadır şəhərciyi salacaq  -FOTOLAR
15.02.2023 22:25
"Palmali Holding”  şirkəti zəlzələ bölgəsində "Palmali" çadır şəhərciyi quracaq. Bu barədə şirkətdən bildirilib.
 
"Azərbaycanlı iş adamı Mübariz Mənsimov evsiz qalan insanlar üçün Çindən  prefabrik evlər sifariş edib və  həmin evlər 30 gün ərzində Türkiyəyə gətiriləcək və yaşayış məntəqəsi salınaraq ehtiyac sahiblərinə təqdim olunacaq. Təbii fəlakətdən ötən 10 gün ərzində "Palmali Holding”in prezidenti Mübariz Mənsimovun başlatdığı yardım kampaniyasının dəyəri artıq 25 milyon türk lirəsini aşıb", - şirkətin aşıqlamasında deyilir. 

Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün çadır kəndi qurmaq məqsədilə "Palmali Holding”in İstanbuldakı könüllülərdən və şirkətin bir qrup əməkdaşından ibarət növbəti dəstə fəlakət bölgəsinə doğru yola çıxıblar. Yolasalma mərasimində Mübariz Mənsimovun özü şəxsən iştirak edib.

Bu qrupun missiyası fəlakət bölgəsində "Palmali” çadır şəhərciyini qurmaqdan ibarət olacaq. Bunun üçün artıq zəlzələ bölgəsində xüsusi yer də ayrılıb" - şirkətin açıqlamasında deyilir.

Hazırda zəlzələ bölgəsində şirkətin iki dəstə komandası zərərçəkən insanlara yardım etməyə davam edir.


Fevralın 11-də "Palmali Holdinq" in rəhbəri Mübariz Mənsimov Türkiyənin cənub-şərqində zəlzələdən zərərçəkmiş vətəndaşlara 10.000.000 TL(903.000 manat) dəyərində  yardım göndərib.

Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşbazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara yemək paylayacaq.

Həmçinin, "Palmali Holding”in işçiləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.

Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı  35 mini keçib.


Prezident Rəcəb Tayyib Ərdoğan təbii fəlakət qurbanları üçün Türkiyədə 7 günlük milli matəm elan edib. Türkiyənin dövlət bayraqları bütün ölkədə yarıya endirilib.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.

BMT-nin baş katibi Türkiyədə baş verən zəlzələni "əsrin fəlakəti" adlanıdırıb.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol