Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirilib - Video

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.
Report xəbər verir ki, cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında cənazələri yaxınları qarşılayıb.
Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin meyitləri uzunmüddətli axtarışdan sonra fevralın 14-ü tarixində tapılıb.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.
Təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























