Quş qripinə qarşı monitorinqlər keçiriləcək

Azərbaycanda quş qripi xəstəliyindən qorumaq məqsədilə monitorinqlər keçiriləcək. Bu barədə AQTA-dan bildirilib.
Məlumata görə, 2023-cü ilin 20-24 fevral tarixlərində Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı, çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə çöl quşların ovlanması planlaşdırılıb.
Quş qripi və ya "avian influenza" müxtəlif növ quş və heyvanların yoluxucu xəstəliyidir. Virusun (A tipi) müxtəlif kombinasiyalarda birləşən 16H və 9N tipləri kimi təsnif olunur. Qeyd edilən növlər 2 qrupa bölünür ki, onlardan A(H5N1), həm quşlar, həm də insanlar üçün təhlükəli infeksiya növü hesab olunur, AQTA bildirir.
Xəstəlik ilk dəfə 100 il əvvəl İtaliyada qeydə alınmışdır. Xəstəliyin 135 növü, 46 variantı var. Quş qripi 24 növ patogen quşlar tərəfindən insanlara yoluxur.
İnsanlara yoluxan quş qripi virusu H5N1 adı altında 1997 – ci ildən yer kürəsinin bir çox ölkələrində insan ölümünə səbəb olub.
İnsanlara yoluxan quş qripi virusu H5N1 adı altında 1997 – ci ildən yer kürəsinin bir çox ölkələrində insan ölümünə səbəb olub.
Xəstəlik quşlardan insana keçməklə yanaşı insandan insana da keçə bilir. Virusun yayılmasının qarşısını heç nə ilə almaq olmur, o günü-gündən aqressivləşir. Xəstəlik səbəbindən indiyə qədər 150 milyon adamın öldüyü qeydə alınıb. Xəstəliyin 10 ölkədə geniş yayıldığı ÜST tərəfindən təsdiqlənib.
Son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.
Son illərdə narahatlıq doğuran virusun 4 növüdür - H5N1, H5N6, H7N9 və H9N2, Britaniyanın İctimai Səhiyyə Sistemi bildirir. İndiyədək insanların bu viruslara yoluxması nəticəsində bir sıra ölüm halları qeydə alınıb.
2022-ci ildə "H5N1” olaraq bilinən quş qripi epidemiyası rekord sayda quşun və hinduşkanın tələf olmasına səbəb olub. Xəstəlik təsərrüfat heyvanlarından sonra çoxlu çöl quşunda da müşahidə edilib.
Şimali Amerikada "H5N1” virusu ilk olaraq 2021-ci ilin dekabrında Kanadanın Nyufaundlend və Labrador bölgələrində qeydə alınıb. Daha sonra isə Kanada və Birləşmiş Ştatlarda vəhşi quşlarda, ev və təsərrüfat quşları ilə vəhşi məməlilərdə aşkar edilib.
Quş qripi virusunun yayılmasında və vəhşi heyvanların virusa yoluxmasında Kanadadan ABŞ-a quş köçü səbəb göstərilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























