• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov canlı yayımda zəlzələ bölgəsinə növbəti yardımı edib - VİDEO

Mübariz Mənsimov canlı yayımda zəlzələ bölgəsinə növbəti yardımı edib - VİDEO
16.02.2023 11:16
İş adamı Mübariz Mənsimov "Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyasına 2 milyon türk lirəsi köçürüb. Bu barədə "Palmali Holdinq" şirkətindən bildirilib.
 
Bundan əlavə iş adamı yardım məqsədilə 200 prefabrik ev, 130 çadırdan ibarəd çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyində yardımçı olacağını açıqlayıb. 
 
Fevralın 11-də "Palmali Holdinq" in rəhbəri Mübariz Mənsimov Türkiyənin cənub-şərqində zəlzələdən zərərçəkmiş vətəndaşlara 10.000.000 TL(903.000 manat) dəyərində  yardım göndərib.

Həmçinin, "Palmali Holding”in işçiləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıb.

Bazar ertəsi, fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).

Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı  35 mini keçib.

Dağıdıcı zəlzələ qonşu ölkələrdə, o cümlədən Suriya, Livan, KKTC, Yunan Kipr və İraqda da hiss olunub.


Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol