• $
  • €
  • ₽
  • ₺
  • £

Havanın temperaturu iqlim normasından 6 dərəcə aşağı olub

Havanın temperaturu iqlim normasından 6 dərəcə aşağı olub
31.03.2014 21:17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti ilə bağlı məlumat açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişilib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi rayonlarda intensiv olub, güclü şimal-qərb küləyi əsib. Qar örtüyü əmələ gəlib, hündürlüyü Sarıbaşda (Qax) 42 sm, Xınalıqda 30 sm, Kişçayda 26 sm, Daşkəsən, Göygöldə 22 sm, Ordubadda 21 sm, Qubada 18 sm, Lerikdə 16 sm, Yardımlıda 14 sm, Rvarud (Lerik), Altıağacda 13 sm, Şəki, Kəlvəzdə 12 sm, Zaqatalada 11 sm, Naxçıvanda 10 sm, Ağdərədə 8 sm, Şahbuzda 6 sm, Qəbələdə 5 sm, İsmayıllıda 4 sm, Şərurda 3 sm, Biləsuvarda 2 sm, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib. Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə isti, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol