2022-ci ildə yol qəzalarının sayı 6,1% artıb

Azərbaycanda 2022-ci ildə 1668 yol nəqliyyat hadisəsi baş verib, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,1% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ötən il yol qəzalarında 834-ü ölüb, 1456-sı isə xəsarət alıb.
Hadisələrinin 41,0 faizi nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizi bir neçə nəqliyyat vasitələrinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələrinin 84,6 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 6,3 faiz artaraq 588 nəfər, yaralananların sayı isə 2,5 faiz azalaraq 1330 nəfər olub.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edənlərin xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Prezident İlham Əliyev 2018-ci ildə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram ilə yol-nəqliyyat hadisələrinin, olaydakı ölüm, eləcə də zərərçəkən şəxslərin sayının 30 faiz azaldılması nəzərdə tutulub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























