Bu ilin yanvarında "ASAN İmza" sertifikatı üçün müraciət edənlərin sayı açıqlanıb - RƏSMİ

Azərbaycanda 2023-cü ilin yanvarında ümumilikdə 20 452 müraciət üzrə 30 992 "ASAN İmza" sertifikatı verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, ötən ay həmçinin 1 300-dən çox vergi ödəyicinə qüvvədə olan Asan İmza ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə "ASAN İmza" sertifikatı təqdim olunub.
"Asan İmza” (Mobil ID) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün mobil identifikasiya hesab olunur.
"Asan İmza” (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edilir.
"Asan İmza” (Mobil ID) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























