Azərbaycanlı tələbələrə təyyarə biletlərində güzəştlər olsun - DEPUTAT - VİDEO

Azərbaycanın müvafiq qurumları Türkiyədə baş verən zəlzələ səbəbindən azərbaycanlı tələbələri üçün təyyarə biletlərini aşağı endirməlidir. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.
"Bu pratika dünyada, eləcə də qardaş Türkiyədə var. Hazırda zəlzələ səbəbindən Türkiyədə dərslər online keçirib. Qış tətili olması səbəbindən azərbaycanlı tələbələr geri qayıdıb kitablarını götürə bilmirlər. Təklif edirəm ki, müfaviq qurumlar təkliflərini aiddiyatı qurumlara göndərsinlər. Tələbərin bu çətin vəziyyətində bu dəstəyə ehtiyacı var", - deputat bildirib.
Fevralın 6-da Türkiyədə iki dəfə 7.7 və 7.6 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Türkiyə universitetlərin distant təhsilə keçməsi ilə bağlı qərar qəbul edib.
Baş verən zəlzələdə 4 azərbaycanlı tələbə həyatını itirib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























