Yeni şəhər salıb adını Heydərabad qoymaq lazımdır - Deputatdan təklif - VİDEO

Yaşmada yeni şəhərcik salıb adını Heydərabad qoymaq lazımdır. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov bildirib.
"Bakı çox yükləndiyindən
insanlar tıxaclardan əziyyət çəkirlər. Göydələnlərin artması bu problemi çətinləşdirir.
Binaların sıx tikilməsi təklükəsizlik baxımından da normalara uyğun gəlmədiyini
düşünürəm. Hər hansı fövqəlada vəziyyət baş verərsə yaranacaq vəziyyəti müəyyən
etmək çətin deyil.
Bir vaxtlar
Yaşmada gənclər şəhərciyi tikilməsi gündəmdə idi. Bu layihəni yenidən aktuallaşdırmağın
vaxtıdır. Həmin şəhərə paytaxt statusu verərək, Bakıdakı bir çox idarələri və üniversitetləri ora
köçürtmək olar. 2023-cü il "Heydər Əliyev ili" olduğunu nəzərə alıb həmin işlərin bu il başlanmasını və şəhərə "Heydərabad" adını verilməsini təklif edirəm", - deputat deyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























