Azərbaycan BƏƏ ilə sürücülük vəsiqəsi haqqında saziş imzalayıb - VİDEO

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində bağlanmış "sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” qanun vətəndaşlara hər iki ölkədə vəsiqədən asan istifadə etmək haqqı qazandıracaq. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İsgəndərov qanun layihəsini təqdim edərkən bildirib.
Saziş iki ölkə arasında 2022-ci ilin noyabrında Əbu-Dabi şəhərində imzalanıb.
"Memorandumun məqsədi bu dövlətə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin verdiyi sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaqdır. Vəsiqə hər iki ölkə tərəfindən tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlar sürücülük vəsiqəsini dəyişmək məqsədilə müraciət etdikdə nəzəri və praktiki imtahanlardan azad edilirlər", - İsgəndərov layihənin təqdimatı zamanı deyib.
Dahaəvvəl, oxşar saziş ilk dəfə 2013-cü il CƏnubi Koreya, 2016-ci il Türkiyə ilə imzalanıb.
Deputat bildirib ki, adıçəkilən saziş qeyri-müəyyən vaxta bağlanılıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























