Sərbəst vəsaitləri investisiyaya yönəltmək lazımdır - Millət vəkili

Sərbəst vəsaitlərin investisiyaya yönəltmək lazımdır. Bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Elnur Allahverdiyev "Sosial sığorta haqqında” və "İşsizlikdə sığorta
haqqında” qanuna edilən dəyişiliklə bağlı çıxışı zamanı bildirib.
"Sadə dillə desək, sərbəst vəsaitləri passiv şəkildə
saxlamaq deyil, aktiv formada investisiyaya yönəltmək lazımdır. Məsələyə bir qədər
qlobal yanaşsaq, deyə bilərik ki, dünyadakı qeyri-sabit iqtisadi durumun milli
iqtisadiyyatımıza etdiyi təsirlər nəticəsində yaşadığımız bahalaşma, idxal
olunan inflyasiya kimi halların fonunda bu dəyişikliyin tətbiqi vətəndaşın
rifah halının qorunması prosesində təsirli faktor olacaq", - deputat qeyd edib.
Deputatın sözlərinə görə bu dünya təcrübəsində də mövcuddur.
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, qanun konstitusiyanın prinsipləri ilə ziddiyət təşkil edir.
Deputat Fazil Mustafa qanunun müzakirəsi zamanı söyləyib ki, investisiya özəl sektora buraxılmalıdır.
"Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunaraq I oxunuşda qəbul olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























