• $
  • €
  • ₽
  • ₺
  • £

İşsizlik müavinətlərinin verilməsində yeni yanaşmaya ehtiyac var - VİDEO

İşsizlik müavinətlərinin verilməsində yeni yanaşmaya ehtiyac var - VİDEO
17.02.2023 16:57
İşsilzik müavinətlərinin verilməsində yeni yanaşmaya ehtiyac var, bunu Milli Məclisin cümə günü keçirilən iclasında deputat Zahid Oruc "Sosial sığorta haqqında” və "İşsizlikdə sığorta haqqında” qanuna edilən dəyişiliklə bağlı çıxışı zamanı bildirib. 

"2018-ci ilə qədər işsizlər üçün müavinətinin verilməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsi əsasında həyata keçirilirdi və son illərdə onun həcmi 5 milyon manata çatıb. Müavinətlər həmin dövrə qədər qüvvədə olan "Məşğulluq Haqqında” qanun əsasında təyin olunurdu. 2017-ci ildə 14 min 820 nəfərə işsizlik müavinəti verilib. 01 yanvar 2018-ci ildən etibarən "İşsizlikdən sığorta haqqında” qanun qəbul edilərək ayrıca "İşsizlikdən sığorta
fondu” yaradıldı. İqtisadçılar haqlı olaraq vurğulayır ki, sonrakı  illərdə Fondun gəlirləri 30 dəfəyə yaxın artsa da işsizliyə görə müavinət  alanların sayı 2018-ci ildən başlayaraq,  davamlı olaraq azalmağa başlayıb", - deputat deyib. 
 
Zahidin Orucun istinad etdiyi rəsmi statistikalara görə, 2018-ci ildə gəlirlər 89  milyon manat, 2019-cu ildə 98 milyon manat, 2020-ci il büdcəsinin gəlirləri 128 milyon manat,  2021-ci il büdcəsinin gəlirləri 157 milyon manat təşkil edib.

"4 il ərzində Fondun vəsaitlərində əhəmiyyətli artım olmasına baxmayaraq, büdcədə "İşsizliyə görə sığorta" ödənişləri 2018-ci ildə 33 478 000 manat, 2019-cu ildə bu vəsait 11 000 000 manat və 2020-ci ildə 5 000 000 manat  təşkil edərək, 2017-ci il səviyyəsinə gətirilib. 2018-ci il üçün 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib. Qanunla siyahısı müəyyənləşən icra orqanlarının Fondun gəlirlərindən maliyyələşsinlər, çünki müxtəlif strukturların saxlanmasına vəsait gərəkdir, lakin işsizlikdən əziyyət çəkən şəxslərin həmin resursdan faydalanması ümumi gəlirlərin 80 faizini təşkil etmədikcə, biz effektiv sosial siyasətdən danışa bilmərik. Əslində bizim gözlədiyimiz konseptual yanaşma nə ola bilərdi-əlbəttə, dəyişiklikləri alqışlayırıq ki,  vəsaitələrdən investisiya məqsədilə istifadə edilməsi doğru strategiyadır, lakin belə kazusun, sərt reallığın yaranmasının səbəbi odur ki, ya dövlət orqanı ləğv edilməli, ya işçi ixtisara düşməli, ya da müəssisə ləğv edilməlidir ki, bizim vətəndaşlar o hüquqdan yararlana bilsinlər. Bu kateqoriyaya  düşənlərsə, əgər siyasətidəyişməsə, yəqin 2100-cü ilədək heç 100 minə çatmayacaq," - deputat vurğulayıb. 
 
"Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliklə Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təklif olunaraq I oxunuşda qəbul olunub. 

Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol