• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı
31.03.2014 15:49

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilən qəbul imtahanının I mərhələsinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında (http://eservices.tqdk.gov.az/netrez/) yerləşdirilib.

 Hər bir namizəd TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1356 nəfər namizəddən 50 nəfəri imtahana gəlmyib. 955 namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Müsabiqə şərtini ödəyən namizədlərdən 503 nəfəri cari ilin, 452 nəfəri əvvəlki illərin məzunudur. Onlardan 719 nəfərini qızlar, 236 nəfərini oğlanlar təşkil edir. Ən yüksək nəticə 95 bal olub. Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol