• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq “Halal” sözü yazılan məhsulları ala bilməyəcəksiz!

Artıq “Halal” sözü yazılan məhsulları ala bilməyəcəksiz!
31.03.2014 15:24

“Belə məhsulları satan ticarət obyekti sahibinə iradnamə veriləcək”.

Aprelin 1-dən etibarən “Halal məhsulların sertifikatlaşdırılma qaydaları” dövlət standartının tətbiqinə artıq başlanacaq. Bu günə qədər proses artıq getdi. Sabahdan etibarən “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq sertifikatlaşdırılmayan, lakin üzərində “Halal” sözü yazılan məhsulların istehsalı və satışı qadağan olunur.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, bu məhsullar bazarda olmamalıdır. Komitənin nəzarət xidməti belə faktları aşkarlayacaqsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

“Belə faktlar aşkarlanarsa, marketin sahibinə, ticarət şəbəkəsinə iradnamə veriləcək ki, məhsulu satışdan çıxarsınlar. Bu məhsulların satışının əleyhinə deyilik. Məhsulların həqiqətən də halal məhsul olduğunu sübuta yetirib, təsdiq edib, müvafiq qurum tərəfindən sertifikat aldıqdan sonra satışının tərəfdarıyıq. Bununla bağlı isə konkret olaraq heç bir şirkətə sertifikat verilməyib”.

Qeyd edək ki, “Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözünün çıxarılması üçün 1 aprel 2014-cü il tarixinədək vaxt verilib. 1 aprel 2014-cü il tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol