Müharibə iştirakçısının əlillik statusu ləğv olunub - ŞİKAYƏT

Birinci Qarabağ müharibəsi iştirakçısı Azad Abbasovun müddətsiz əlillik statusu ləğv olunub və ona verilən təqaüd 2021-ci ilin iyulundan kəsilib. Bu barədə Azad Abbasov anews.az-a şikayət edərək bildirib.
www.anews.az
O bildirir ki, birinci dəfə ona 1996- ci ildə müddətsiz əlilik statusu verilib. Daha sonra səhhətində pisləşmə olub. 2013-cü ildə yenidən komissiyaya dəvət olunub. Bu zaman 3-cü dərəcə əlillik müəyyən edilib.
Şikayətçi deyir ki, sənədlərində heç bir problem olmasına baxmayaraq 2021-ci ildən təqaüdü kəsilib və dəfələrlə aiddiyatı orqanlara müraciət etsə də onun şikayətinə baxan olmur.
Azad Abbasov 1992-1994-cü illərdə Horadiz istiqamətində döyüşlərdə iştirak edib. Ağdamın Güllücə kəndində isə iki dəfə yaralanıb.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini rəsmisi Tural Qurbanov bildirib ki, vətəndaş müraciətində əlilliyin qiymətləndirilməsi hərbi səbəbdən əlaqəli olduğu üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininə müayinəyə dəvət ediləcək.
"Müayinəyə əsasən, vətəndaşa əyani baxış keçiriləcək və qanunvericiliyə uyğun olaraq müvafiq qiymətləndirilmə aparılacaq. Bu proses növbəli prinsip əsasında həyata keçirilir. Yaxın müddət ərzində vətandaş qəbul ediləcək və bununla bağlı müvaffiq qərar veriləcək",- agentliyin rəsmisi əlavə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























