Yanvarda narkotikə görə məsuliyyətə cəlb olunan şəxslərin sayı açıqlanıb

2023-cü ilin yanvarında əməliyyat-axtarış tədbirləri nəticəsində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı ümumilikdə 1050 cinayət faktı aşkarlanıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət komisiyasının məlumatında deyilib.
Bildirilir ki, onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş, 18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil edib.
Yanvar ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən çıxarılıb.
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfə cəlb edilib, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər, 30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edib. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır.
2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
DİN-in fevralın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 17,9 kiloqramdan çox marixuana, 110 qram tiryək, 245 qramdan çox metamfetamin, həmçinin 582 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























