Ötən ay Narkoloji Mərkəzə nə qədər şəxs müraciət edib? - RƏSMİ

2023-cü ilin yanvarında Respublika Narkoloji Mərkəzində 7427 nəfər müraciət edib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət komisiyasının məlumatında deyilir.
Narkoloji testdən keçən 178 nəfərdən 118-nin istifadəçi olması aşkar olunub.
Bu dövr ərzində "802" qaynar xəttinə müraciət edən 98 vətəndaşın müraciətindən - 17-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 52-si narkotik asılılıqdan müalicə, 29-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.
müraciətlərlə bağlı 69 məktub aiddiyatı üzrə yönləndirilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























