300-dən çox məktəbdə "şagird davranış qaydaları"nın tətbiqinə başlanıldı

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Qaydalar ilk olaraq 300-dən çox məktəbdə 322 min nəfəri əhatə etməklə icra olunacaq.
"Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” 2022-ci ilin oktyabrında nazirlik tərəfindən hazırlanıb icrimaiətə təqdim olunub.
Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























