• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevin vəsatəti təmin edilmədi - YENİLƏNİB

Bəxtiyar Hacıyevin vəsatəti təmin edilmədi - YENİLƏNİB
20.02.2023 15:43
Bakı Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasını ilə bağlı vəsatətitəmin etməyib. Bu barədə onun vəkili Aqil Lahıc facebook hesabında bildirib. 
 
14:23
Bu gün məhkəməsi keçirilən ictimai fəal Bəxtiyar Hacıyev əlil arabasında oduğu üçün məhkəmədə iştirak edə bilməyəcək. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov vəkil Şəhla Hümmətovaya istinadan feysbuk hesabındakı videomüraciətində bildirib.

O bildirib ki, Bəxtiyar Hacıyev artıq əlil arasında hərəkət edir. Onun ağzı, dili-damağı yara töküb.

"O, qəti olaraq su içməkdən imtina edib. Gətirib yanına nəzarətçilər qoyublar və onlar da Bəxtiyarın əsəbi ilə oynayırlar. Gecə saatlarında  Bəxtiyar yuxuya gedəndə televizoru yandırıb, səs-küy salırlar. Hər gün onun yanında dönərçini çağırırlar. Ondan dönərin tərkibində nələrin olduğunu soruşurlar. Toyuqlu dönər, ət dönər deyirlər. Bunu 44 gündür aclıq aksiyası keçirən insanın yanında deyirlər. Bəxtiyar üzünü yuyanda nəzarətçi gəlib onun başının üzərində dayanır ki, bəlkə, Bəxtiyar su içdi. Bu vəhşilikdir",- Rüfət Səfərov videomüraciətdə deyir.

Hüquq müdafiəçisi bildirib ki, bu gün saat 14-30-da Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin məhkəməsi keçiriləcək.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib.  Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.
 
Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.

Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
 
Daha əvvəl professor Adil Qeybulla 1 saylı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevi müayinə edib.
 
İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.
 
Bəxtiyar Hacıyev artıq 44 gündür ki, aclıq aksiyası keçirir.
 


Aytac Zeynalova
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol