Yanvarda ət istehsalı artıb - RƏSMİ

2023-cü ilin yanvarında Azərbaycanda ət istehsalı 45.6 min ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2.8% artım deməkdir. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin aylıq statistikasına dair hesabatda yerləşdirilib.
Açıqlanan hesabatda yanvarda 160,7 ton süd(2022-ci ilin yanvarı ilə 1% artım), 182.1 milyon ədəd yumurta(2022-ci ilin yanvarı ilə 16%artım), 20.5 min ton tərəvəz(2022-ci ilin yanvarı ilə 1.5% artım) istehsal olunub.
Cari ilin yanvarında kənd məhsullarının istehsalı ümumilikdə 3,3%, heyvandarlıq 3.4%, bitçilik məhsullarının istehsalı isə 2% artıb.
2023-cü ilin yanvarı üzrə kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri 456,2 milyon manat təşkil
edib ki, onun da 433,1 milyon manatı heyvandarlıq,
23,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Fevralın 20-də yerli mətbuatda yayılan xəbərlərə görə Azərbaycanda ətin qiymətində bahalaşma olub. Belə ki, qiymətin 12-13 manatdan 14-15 manata qalxdığı bildirilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























