• $
  • €
  • ₽
  • ₺
  • £

Elektron qaydada qeydiyyata alınan kommersiya qurumlarının sayı açıqlandı

Elektron qaydada qeydiyyata alınan kommersiya qurumlarının sayı açıqlandı
20.02.2023 20:30
2023-cü ilin fevral ayının 1-nə respublika üzrə uçotda olan 1,409,597 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin yanvar ayı ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən kommersiya qurumlarının sayı 10,5 faiz artıb.

Yanvar ayı ərzində 1,237 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 faiz çoxdur. Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 78,7 faizi elektron qaydada, 21,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Fevralın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

Yanvar ayında qeydiyyatdan keçmiş kommersiya qurumlarının 86,7 faizi yerli investisiyalı, 13,3 faizi xarici investisiyalıdır. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 150 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 14,2 faiz təşkil edib

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol