• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda partiya sədri saxlanılıb- RƏSMİ

Azərbaycanda partiya sədri saxlanılıb- RƏSMİ
21.02.2023 10:39
Azərbaycanın Ləyaqətli Övladları Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq Bakı Apellyasiya Məhkəməsinin qarşısında keçirilən aksiyaya qoşularkən saxlanılıb.

Rza Səfərsoyun həyat yoldaşı da deyib ki, onunla sonuncu dəfə məhkəmənin qarşısında olarkən danışıb, həmin vaxtdan da əlaqə kəsilib.

Rza Səfərsoy isə öz feysbuk səhifəsində AXCP üzvü Əlzamin Salayevə azadlıq tələb etdiyini, 20 fevral, saat 12:00-da onun məhkəməsi keçiriləcəyini bildirib.

Rza Səfərsoyun saxlanılması xəbərini Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev də təsdiqləyib. Elşad Hacıyev bildirib ki, Rza Səfərsoyla bağlı araşdırma başlanılıb.

Ötən gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasıyla bağlı verilmiş şikayətə baxılıb. Məhkəmə Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və ictimai fəalı azadlığa buraxmayıb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol