• $
  • €
  • ₽
  • ₺
  • £

Protez dişinin altında narkotik keçirmək istəyən qadın saxlanıldı

Protez dişinin altında narkotik keçirmək istəyən qadın saxlanıldı
31.03.2014 12:31
Cəzaçəkmə müəssisələrinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 317.2.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Kərim oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş əmisi arvadı Nadejda Pavlovna Həmzəyevanın üzərinə baxış keçirilib. Bu zaman ağız boşluğundakı protez dişin altında 2 ədəd sellofana bükülü, xalis çəkisi 1,344 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb.Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İltimas Mürvət oğlu Quliyevə vətəndaş Xəlil Fərhad oğlu Adıgözəlovun gətirdiyi sovqata baxış keçirilən zaman 2  ədəd “Natura” markalı karton qablı təbii şirənin içərisində gizlədilmiş, hər birində 1 ədəd kağıza bükülərək skoçla izolyasiya olunmuş, xalis çəkisi 12,782 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.Faktlar üzrə araşdırma aparılır. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol