D18 hərəkatının üzvlərinə 30 sutkalıq həbs cəzası verilib

Fevralın 20-də Bəxtiyar Hacıyevin həbs edilməsinə görə azadlıq tələb edən D18 Hərəkatının üzvü Afiəddin Məmmədov və Samir Sultanov 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə D18 hərəkatından bildirilib.
Məlumata görə, Afiəddin Məmmədov və Samir Sultanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin- İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə olan inzibati xətalar məcəlləsinin 510- cu maddəsi ilə həbs edilib.
Bir qrup ictimai fəal məhkəmənin önündə "Bəxtiyarı öldürmə, azad et!” şüarı ilə aksiya keçiriblər.
Afiaddin Məmmədov "D18 – Demokratiya 1918 Hərəkatı”nın İdarə Heyətinin üzvüdür.
Afiaddin Məmmədov 2022-ci ilin noyabrın 11-də inzibati qaydada həbs olunub. Məhkəmənin qərarı ilə ona 30 sutka müddətinə inzibati qaydada həbs cəzası verilmişdi.
Afiaddin Məmmədov 2022-ci ilin noyabrın 11-də inzibati qaydada həbs olunub. Məhkəmənin qərarı ilə ona 30 sutka müddətinə inzibati qaydada həbs cəzası verilmişdi.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























