"İşgüzar Dairə"lər üçün yeni sayt

Azərbaycanda daha bir sayt fəaliyyətə başladı. Yeni sayt "İşgüzar Dairə" jurnalının rəsmi inernet versiyası olaraq fəaliyyətə başlayıb - ishguzardaire.com
Belə ki, sayt gündəlik sosial, iqtisadi və mədəniyyət sahələrindən müxtəlif çeşidli xəbərlər yaymaqdadır. Əsas məqsəd internet oxucularına daha dolğun və geniş informasiya vermək, insanları bilgiləndirməkdir. Yeni saytın qarşıdakı zamanlarada bir sıra yeniliklər edəcəyi də gözlənilir. Sayt rəhbərliyi yeniliklərin təfərrüatından xəbər verməsə də, jurnalın internet versiyasının sürprizlərlə dolu olacağını gizlətmir. Bunun üçün mütəmadi saytı ziyarət etməyiniz kifayətdir.
ANN.Az
























