Su çərşənbəsində 18 min ağac əkilib

Su çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə üzrə ümumilikdə 18000 ağac əkib.
Ölkədə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün Nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.
Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.
www.anews.az
Nazirliyin Mətbuat katibi İradə İbrahimova bildirib ki, Novruzun ilk əlamətdar günündə təbiətimizə töhfə verməklə Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Sabirabad, Zaqatala, Şəki, Ağstafa, Quba, Şabran, Qəbələ, Şamaxı, Ağcabədi, Gögöl, Tovuz, Şirvan, Lənkəran və Masallı rayonlarının meşə fondu torpaqlarında gün ərzində ağacəkmə tədbirləri davam etdirilib.
Ölkədə ənənəyə çevrilmiş və bütün regionları əhatə edən ağacəkmə aksiyalarında bu gün Nazirliyin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də yaxından iştirak edib.
Nazirlik sözçüsü Su çərşənbəsində ağac əkilməsinin, eyni zamanda, bu il ölkədə yaz əkinlərinə start verilməsi ilə bağlı kampaniyanın başlanğıcı olduğunu da vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























