Əlil və şəhid ailələrinə Xoş xəbər

Goranboy rayonunda yeni yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirliyin sifarişi ilə Goranboy rayonunda inşa olunan 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Binadakı mənzillərin yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Hazırda nazirliyin sifarişi ilə əlil və şəhid ailələri üçün Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının inşası davam etdirilir. Həmin yaşayış binaları da cari il ərzində əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























