• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell rəhbərliyində yeni təyinatlar

Bakcell rəhbərliyində yeni təyinatlar
22.02.2023 11:25
Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə Klaus Müller təyin edilib.

Telekommunikasiya sahəsində 30 ildən çox iş təcrübəsinə malik olan Klaus Müller Avropanın bir çox böyük telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə çalışıb. O, Almaniya, ABŞ, Macarıstan, Azərbaycan və digər ölkələrdə iri telekommunikasiya şirkətlərində genişmiqyaslı transformasiya proqramları və strategiyaların həyata keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir. Klaus Müller Almaniya, İspaniya və ABŞ-da iqtisadiyyat, strateji idarəetmə və biznesin idarə edilməsi üzrə təhsil alıb və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

"Müasir dövrdə telekommunikasiya sənayesi üçün dəyişikliklərə çevik reaksiya vermək, abunəçilərin  ehtiyaclarını anlamaq və innovativ həllər təklif etmək çox vacibdir. Yüksək mobil internet sürəti, şəbəkənin geniş əhatə dairəsi və müştəri məmnuniyyətinin yüksək səviyyədə olması sayəsində Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı mövqeyə malikdir. Mən "Bakcell”də işə başlamaqdan çox məmnunam. Biz komanda ilə birlikdə şirkətin bazar mövqeyi və texnoloji üstünlüyünün daha da möhkəmləndirilməsi və innovativ rəqəmsal layihələrin həyata keçirilməsi üzərində çalışacağıq”, deyə Klaus Müller bildirib. 

2019-cu ildən başlayaraq "Bakcell”in baş icraçı direktoru vəzifəsində çalışmış Rainer Rathgeber şirkətin uğurlu fəaliyyətinə töhfə verib. Bu illər ərzində Bakcell şirkətinin Azərbaycanın telekommunikasiya bazarındakı mövqeyi daha da güclənib.

Həmçinin NEQSOL Holding-in Qrup üzrə Baş Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə Bakcell şirkətinin Direktorlar Şurasının üzvü təyin edilib. İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 20 illik təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunub. O, həmçinin Vodafone Ukraine, Nobel Energy, Norm və  Holdinqin tərkibindəki digər şirkətlərin Direktorlar Şurasının üzvüdür. İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.

NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell Azərbaycanda ən son VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol