Ötən il 146 qısamüddətli mühafizə orderi verilib

2022-ci il Azərbaycanda zorakılığa məruz qalan qadınların qorunması üçün 146 qısamüddətli mühafizə ordeni verilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova deyib.
Komitəs rəsmisi bildirib ki, onlardan 46-sı Dövlət Komitəsinin müdaxiləsi ilə, digərləri isə aiddiyatı qurumların rolu ilə verilib.
Taliya İbrahimova ötən il həmçinin 12 uzunmüddətli mühifaziə orderinin az olmasının səbəbini hüquqi boşluğun olması ilə əlaqələndirib.
Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında” qanununda Mühafizə Orderi haqqında anlayış var. Bəs Mühafizə Orderi nədir, kimlərə şamil olunur və ondan necə istifadə edilir ?
Sözügedən orderdən həyat yoldaşı, övladları və yaxınları tərəfindən zorakılığa məruz qalan hər bir şəxs yararlana bilər. Mühafizə orderi əldə edən şəxs, dəyən maddi, mənəvi, hətta tibbi xərcləri belə qarşı tərəfdən tələb edə bilər.
Mühafizə orderi qısa və uzunmüddətli olur. Zorakılığa məruz qalan qadın və ya kişi qısamüddətli orderi əldə etmək üçün rayon İcra Hakimiyyətinə yaxınlaşmalıdır.
Müraciət edildiyi andan 24 saat ərzində bu hadisə araşdırılmalı və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi 30 gün müddətinə qədər verilir. Həmçinin bu order icra sənədlərinə aiddir və məcburi icra olunmalıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.
Uzunmüddətli mühafizə orderi isə maksimum 6 aylıq olmaq şərti ilə məhkəmə tərəfindən verilir.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib