• $
  • €
  • ₽
  • ₺
  • £

Nuridə Allahyarova nazirlikdəki işindən ayrılıb

Nuridə Allahyarova nazirlikdəki işindən ayrılıb
22.02.2023 13:29
Mədəniyyət Nazirliyində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri və nazirliyin müvəqqəti mətbuat katibliyi vəzifəsini icra edən Nuridə Allahyarova işdən ayrılıb. Bu barədə o, facebook hesabında bildirib.
 
O bildirib ki, Mədəniyyət Nazirliyi ilə olan yollarını ayırıb.
 
"Mənim işdən getmək üçün müraciətimə baxıldıqdan sonra sizinlə paylaşmaq istəyirdim bu xəbəri, amma xəbərin emalsız ötürüldüyü dünyada yaşayırıq və məni qabaqladılar. Sizinlə işləmək xoş idi",- keçmiş mətbuat katibi vurğulayıb.

Nuridə Allahyarova ötən ilin fevralında sabiq mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə nazirlikdə  Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdirivəzifəyə təyin olunmuşdu.

Anar Kərimov 2022-ci il dekabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib.
 
Nuridə Allahyarova daha əvvəl Bakı Dövlət Universiteti, Vergilər Nazirliyi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, "Space" və Dövlət Avtomobil Nəqliyyatı Xidmətində çalışıb.

Aytac Zeynalova
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol