Respondentlərin 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır- STM

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən, respondentlərin 74.6%-i Qərbi Azərbaycana qayıdışın baş tutacağına inanır, 46.5%i tam inanmır 28.1%-i əsasən inanır, 7%-i əsasən inanmır, 10.40%-i heç inanmır, 8.1%-i cavab verməkdə çətinlik çəkib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən bildirilib.
Sorğuda inananların 79%-i kişi, qadınların isə 71%-i qayıdışın baş tutacağını bildirib.
Ali təhsilli respondentlərin ümumilikdə 79%-i qayıdışın mümkün olacağına inanır. Orta təhsilə malik responentlər üzrə bu göstərici 73%-ə bərabər olub.
Sorğu 384 respondent arasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib.
Prezident İlham Əliyev 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında iştirak edərək Qərbi Azərbaycanlıların evlərinə dönəcəyinə ümid etdiyini deyib.
Eyni zamanda, "Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi adını dəyişərək "Qərbi Azərbaycan İcması” ilə əvəzləyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























