Bu gün imtahan nəticələri açıqlanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 30-da rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunub. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə ərzində aparılıb.Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahanın nəticələrinin martın 31-də elan olunması nəzərdə tutulur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























