• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə narkotiklə bağlı cinayətlərin sayı açıqlanıb - RƏSMİ

2022-ci ildə narkotiklə bağlı cinayətlərin sayı açıqlanıb - RƏSMİ
22.02.2023 15:32
2022-ci ildə Azərbaycanda qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu da 2021-ci il ilə müqayisədə 24,4 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.
 
Cinayətlərin 62,8 faizi narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,  32,4 faizi qanunsuz satışı, 3,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 0,9 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,2 faizini isə kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
 
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət komisiyasının yanvara olan statistikasına görə, narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı  ümumilikdə 1050 cinayət faktı aşkarlanıb.
 
Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş   674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş, 18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil edib.
 
Yanvar ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə  qanunsuz  dövriyyədən çıxarılıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfər cəlb edilib, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər, 30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edib. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olub.
 
Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol