Nənəmin evi qarət olunub, polis şikayətimizi araşdırmır - Jurnalist Günel Yaz

Türkmedia.az saytının təsisçisi jurnalist Günel Yaz nənəsinin evinin qarət edilməsi ilə bağlı şikayət etsə də, şikayətinə Xırdalan Şəhər Polis İdarəsi tərəfindən baxılmadığını bildirib. Bu barədə o facebook hesabında yazıb.
O bildirir ki, 2022-ci ilin oktyabrın 26-da Xırdalanda yaşayan 70 yaşlı nənəsinin evində usta işləyən Elman adlı şəxs 30 min manat məbləğində şəxsi pul və ziynət əşyalarını qarət edib.
"Bu iddia deyil, əsaslı sübutlar aidiyyatı orqanlarda var. Qarət hadisəsindən 2 gün sonra Xırdalan Şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə nənəm müraciət edib. Qanunla icra edilməsi şərt olan heç bir addım rəsmi orqanlar tərəfindən təəssüf ki həyata keçirilməyib. Bir halda ki, şikayət ərizəsindən sonra oğurluq olunan mənzilə mütləq şəkildə baxış keçirilməli idi. Təəssüf ki bu baş vermədi. Daha sonra cənab Nazir Vilayət Eyvazova bu səhlənkarlıqlarla bağlı rəsmi məktub ünvanladım. Bu məktubdan sonra DİN-dən dəfələrlə zəng gəlməsinə baxmayaraq dəyişən heç nə olmadı. İndi sual verirəm sizə kimdir günahkar? Yaşlı nənəm yoxsa kimliyi və ünvanı məlum olan oğrunu tapmayan sistem?!",- əlavə edib.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews.az-a açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır. İctimaiyyətə məlumat veriləcək.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























