Polad Həşimovun anası Bəxtiyar Hacıyevlə bağlı çağırış edib - VİDEO

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova İctimai fəal Bəxtiyar Hacıyevi azadlığa buraxmağa səsləyib. Bu barədə sosial şəbəkələrdə şəhid anasının videomüraciəti yayılıb.
"Bir ana üçün övladını itirmək dözülməzdir. Polad Həşimovun anası kimi mən istəyərəm ki, mən çəkəni heç bir ana çəkməsin. Mən çəkən ağrıdan Bəxtiyar Hacıyevin anası çəkməsin. Azərbaycanda bütün aidiyyəti qurumlardan xahiş edirəm. Gücü çatanlardan xahiş edirəm. Bəxtiyar Hacıyevin bu ağır durumda azadlığa buraxılmasını istəyirəm. Biz çox itkilər vermişik, gənc balamızı itirməyək, - Səmayə Həşimova bildirib.
Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs olunub. İctimai fəal artıq b ir müddətdir quru aclığa başlayıb. Yayılan son məlumatda onun vəziyyətinin kəskin ağırlaşdığı bildirilib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























