Bakıda rayon taksiləri üçün pulsuz dayanacaq yaradıldı

Bakıdan bölgələrə taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün Bakı Beynəlxalq Avtovağzalında (BBAK) pulsuz dayanacaq yaradılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, paytaxtın 20 Yanvar dairəsi, "Şamaxinka” adlanan ərazi, 3-cü mikrorayon dairəsi və avtovağzalın ətrafında fəaliyyət göstərən və pərakəndə şəkildə rayonlara sərnişin daşıyan minik taksilər üçün BBAK-da ödənişsiz duracaq yeri təşkil edilib.
"Taksi fəaliyyəti ilə məşğul olan daşıyıcıların vahid mərkəzə cəlb edilməsi, vətəndaş məmnunluğu və təhlükəsizliyi, müxtəlif ərazilərdə tıxacların azaldılması üçün sürücü və sərnişinlərin belə duracaqlarından istifadəsi zəruridir”,- qurumdan bildirilib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib