• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova TÜRKPA-nın Baş katibini qəbul edib

Sahibə Qafarova TÜRKPA-nın Baş katibini qəbul edib
23.02.2023 19:00
Milli Məclisin sədri Sahibə Qafarova fevralın 23-də TÜRKPA-nın Baş katibi Süreyya Eri qəbul edib.
 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, spiker bildirib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da genişləndirilməsinə xidmət edir. Qeyd olunub ki, Milli Məclis TÜRKPA-ya üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir və ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib.
 
Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə danışaraq, deyib ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə daha da artır. Spiker TÜRKPA-nın həm təsis, həm də birinci konfransda təmsil olunmasını yüksək qiymətləndirib.
 
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi beynəlxalq parlament təşkilatları ilə də əməkdaşlığı genişləndirir. Hazırda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi 3 beynəlxalq parlament təşkilatında müşahidəçi statusu alıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.
 
Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib. O, həmçinin, TÜRKPA-nın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa da böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
 
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və TÜRKPA-nın Baş katibi Süreyya Er imzalayıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol