• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada hər 2 dəqiqədə bir qadın hamiləlik və doğuş zamanı ölür

Dünyada hər 2 dəqiqədə bir qadın hamiləlik və doğuş zamanı ölür
23.02.2023 16:20
Dünyada hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür. Bu barədə Birləşmiş Millətlər Təşkilatının bu gün açıqladığı hesabatda qeyd olunub.
 
Hesabatda deyilir ki, ana ölümü dünyanın hər bir regionunda artıb.
 
2000-ci ildən 2020-ci ilə qədər milli, regional və qlobal səviyyədə ana ölümü tendensiyalarını izləyən hesabata əsasən, 2020-ci ildə təxminən 287 min ana ölümü baş verib. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına başlanıldığı 2016-cı ildəki 309 000 hadisədən bir qədər azdır. Hesabatda 2000-ci ildən 2015-ci ilə qədər ana ölümünün azaldılması istiqamətində əhəmiyyətli irəliləyişlərin olduğu, lakin sonra müsbət tendensiyanın dayandığı, bəzi hallarda isə daha da pisləşdiyi qeyd edilir.
 
2016 və 2020-ci illər arasında BMT-nin səkkiz regionundan ikisi - Avropa və Şimali Amerika və Latın Amerikası və Karib hövzəsi - ana ölüm nisbətini müvafiq olaraq 17% və 15% artırıb. Digər rayonlarda isə göstəricilər eyni səviyyədə qalıb. Eyni zamanda, hesabat müəllifləri qeyd edirlər ki, göstəricilərin yaxşılaşdırılması həyata keçirilə bilən vəzifədir. Məsələn, eyni dövr ərzində iki regionda (Avstraliya və Yeni Zelandiya və Mərkəzi və Cənubi Asiya) ana ölümü göstəriciləri əhəmiyyətli dərəcədə azalıb (müvafiq olaraq 35% və 16%); azalma dünyanın 31 ölkəsində də müşahidə olunub.
 
Ən yüksək  ana ölüm göstəriciləri dünyanın ən yoxsul ərazilərində və münaqişəli ölkələrdə baş verir. 2020-ci ildə bütün ana ölümlərinin təxminən 70%-i Saharadan cənubda Afrikada baş verib. Şiddətli humanitar böhranlarla üzləşən doqquz ölkədə ana ölümü əmsalı dünya üzrə orta göstəricidən iki dəfə çox olub(dünya miqyasında 223 ana ölümü ilə müqayisədə hər 100 000 diri doğuşa 551 ana ölümü).
 
Ana ölümünün əsas səbəbləri ağır qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abort nəticəsində yaranan ağırlaşmalar və hamiləlik zamanı daha da ağırlaşa bilən əsas xəstəliklərdir (məsələn, HİV/QİÇS və malyariya).

Hesabatda qeyd olunub ki, qadınların təxminən üçdə biri tövsiyə olunan səkkiz antenatal müayinədən dördünü belə keçirmir və ya doğuşdan sonrakı əsas qayğıları almır və təxminən 270 milyon qadın müasir ailə planlaşdırılması metodlarından istifadə edə bilmir. Reproduktiv sağlamlıq məsələlərində muxtariyyət, xüsusən də uşaqların doğulmasının arzuolunanlığı və vaxtı ilə bağlı qərar vermək bacarığı qadınların uşaqların doğulmasını planlaşdırması, doğuşlar arasında intervalları seçmək və öz sağlamlıqlarına qayğı göstərmək üçün vacib şərtdir. Gəlir, təhsil, irqi və ya etnik bərabərsizliklər əsas analıq qayğısına minimum çıxışı olan, lakin hamiləlik zamanı sağlamlıq problemləri ilə üzləşmə ehtimalı yüksək olan marjinal hamilə qadınlar üçün əlavə risklər yaradır.
 
Hesabat müəlliflərinin fikrincə, dünya ictimaiyyəti ana ölümünün azaldılması üzrə qlobal məqsədlərə nail olmaq istiqamətində irəliləyişi əhəmiyyətli dərəcədə sürətləndirməlidir; əks halda 2030-cu ilə qədər daha 1 milyondan çox qadının həyatı risk altında olacaq.
 
Azərbaycanda Səhiyyə Nazirliyinin hesabatına görə, 2016-2021-ci illər arasında ana ölümlərinin sayı 121 nəfər təşkil edib. 2016-ci illə müqayisdə ana ölümlərinin səviyyəsi 13.8-dən 17.8 qədər artıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol