Əməkdar rəssam vəfat etdi

Azərbaycanın Əməkdar rəssamı Ağa Saleh Nuriyev vəfat edib.
83 yaşlı rəssam bu gün səhər saatlarında dünyasını dəyişib.
Nuriyev 1940-cı ildə Bakıda anadan olub. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. A.Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Onun əsərləri Gürcüstan, Rusiya, Almaniya, Türkiyə və Azərbaycanda nümayiş edilib. O, 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə əməkdar rəssam adına layiq görülüb.
Mərhum rəssam Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimovanın atasıdır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib