• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaşıl terror”a etiraz edənlər saxlanıldı

“Yaşıl terror”a etiraz edənlər saxlanıldı
30.03.2014 17:30

Xəbər verildiyi kimi, martın 25-də Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsində yaşayan sakinlər həmin ərazidə ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı etiraz aksiyası keçirmişdilər. Aksiya nəticəsində “ağac qətliamı” dayandırılmışdı. Sakinlər isə kəsilən ağacların yerində yeni ağaclar əkəcəklərini bildirmişdilər.

Dünən sakinlər dedikləri sözə uyğun olaraq, iməcilik keçirərək ağacların kəsildiyi ərazidə onlarla yeni ağac əkiblər. Onlar bu iməcilik aksiyasının davamlı olacağını da vurğulayıblar.

Bu gün səhər saatlarında özlərini Departament işçiləri kimi təqdim edən şəxslər dünən iməcilik keçirilərək ağac əkilən əraziyə gəliblər. Bu barədə musavat.com-a məlumat verən Yasamal sakini Afət Quliyeva (politoloq Elxan Şahinoğlunun həyat yoldaşı) bildirib ki, həmin şəxslər özləri ilə əraziyə traktorlar da gətiriblər. 

Afət Quliyevanın sözlərinə görə, Departament işçiləri ağac kəsilməsi əməliyyatının davam etdiriləcəyini və iməcilik aksiyasına imkan verilməyəcəyini deyiblər.

Politoloq Elxan Şahinoğlunun həyat yoldaşı Afət Quliyeva onu da vurğulayıb ki, sakinlər həmin şəxslərin davranışlarına öz etirazlarını bildiriblər. Nəticədə sakinlərlə özlərini Departament işçiləri kimi təqdim edən həmin şəxslər arasında mübahisə yaranıb. Bu mübahisə ilə bağlı ərazi sakinləri - siyasi analitik Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev saxlanılaraq, 22-ci polis bölməsinə aparılıblar.

Afət Quliyevanın sözlərinə görə, əraziyə gələn həmin şəxslər sakinlərlə çox kobud rəftar ediblər: “Səhər tezdən traktor səsinə oyandıq. Gördük ki, ərazidə ağacları aşırmağa başlayıblar. Buna ciddi şəkildə etirazımızı bildirdik. Onlar bizi təhqir etməkdən çəkinmədilər. Saxlanılan İsgəndər Talıblını ən ağır söyüşlərlə təhqir etdilər. Həmin vaxt əraziyə toplaşan qadınları və azyaşlı uşaqları belə, nəzərə almadılar. Onların bu qeyri-etik davranışlarına etirazlarını bildirən həyat yoldaşım Elxan Şahinoğlu, İsgəndər Talıblı və Elşad Abdullayev həbs edilərək, 22-ci polis bölməsinə aparılıb. Hazırda ciddi cəhdlər göstərsək də, onlarla əlaqə saxlamaq hələlik mümkün olmayıb”.

Verilən məlumata görə, ağacların kəsilməsinə səbəb kimi həmin ərazidə Qarabağ Əlilləri Cəmiyyəti üçün ofis və restoran tikmək planınin olması göstərilir. Dövlət torpağı sayılan bu ərazinin Kəmalə Əliyeva adlı şəxsin adına özəlləşdirildiyi bildirilir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol