Ana haray abidəsi rəsmi prokotoka daxil edilsin - Elman Məmmədov/VİDEO

Bakının Xətai rayonunda yerləşən "Ana harayı" abidəsi rəsmi protokola daxil edilməlidir. Bunu Milli Məclisin bu gün keçirilən cilasında deputat Elman Məmmədov deyib.
"Mən bu barədə daha əvvəllər də çıxış etmişəm. Xocalı abidəsi rəsmi prokotola salınmalıdır. Xaricdən gələn rəsmilər, beynəlxalq təşkilatın nümayəndələri bu abidəni ziyarət etməlidir", -deputat bildirib.
Elman Məmmədov həmçinin qeyd edib ki, Xocalıda ölən və yaralanan şəxslərə şəhid adı verilməsini təklif edib.
"Həmin şəxslər Ermənistanla müharibə dövründə həyatını itirb. Amma onların sənədində milli zəmində qətlə yetirilib və ya yaralanıb yazılıb. Bu məsələyə diqqət etmək yaxşı olar", - Məmmədov söyləyib.
Millət vəkili Fransada baş verən soyqırımı nümunə çəkərən vurğulayıb ki, Azərbaycanda Xocalı soyqırımına məruz qalanlara xüsusi status verilməlidir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























