Məhkəmələri aclıq, susuzluqla şantaj edirlər - DEPUTAT/VIDEO

Məhkəməni aclıqla, susuzluqla, şantaj etmək, hakimin iradəsinə təzyiq etmək qanun pozuntusudur. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, ədalət mühakiməsini həyata keçirmək müstəsna olaraq məhkəmələrin səlahiyyətində olan məsələdir.
"Bu gün Azərbaycanda çox pis bir tendensiya formalaşıb, bəlli dairələr tərəfindən belə bir yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu yaxud sosial media fenomeni istənilən cinayəti törədə bilər amma o, mühakimə edilməməlidir. Yaxud, hakimiyyəti tənqid edən şəxsin törətdiyi konret ictimai təhlükəli əmələ münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. Əks halda dərhal hazır, sistemli mexanizmlər işə düşür ki, filankəs siyasi mövqeyinə görə təqib olunur. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid etdərək toxunulmazlıq statusu qazana bilər? Yaxud hakimiyyəti tənqid edən adam dələduzluğa, oğurluğa qətlə görə məhkium edilibsə o siyasi məhbudur? Yaxud hakimiyyəti tənqid edən şəxsin hüquq var ki, polisə, hakimiyyət nümayəndəsinə müqavimət göstərsin, yaxud məhkəməyə hörmətsizlik etsin?” – deputat bildirib.
www.anews.az

Millət vəkili qeyd edib ki, bir qism şəxslər məhkəmə öncəsi məhkəmə önündə aksiya keçirir və şəhid ailələrini prosesə cəlb edirlər. Məhərrəmov hesab edir ki, bu sadəcə iyrənclikdir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib