• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya və Avropa sülh sənədi üzərində ciddi addım atmır - Deputat/VİDEO

Rusiya və Avropa sülh sənədi üzərində ciddi addım atmır - Deputat/VİDEO
24.02.2023 12:35
Rusiya və Avropa sülh müqaviləsi istiqamətində heç bir addım atmır. Bunu deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 
 
"2023-cü il iki aydır başlamasına baxmayaraq prezident sülh müqaviləsi istiqamətində bir çox beynəlxalq görüşlər keçirib. Rusiya və Avropada sülhlə bağlı razılaşma olsa da, görüşdən sonra mövzu yenə aktuallığını itirir. Rusiya və Avropa heç bir addım atmırlar. 75 gündür ekofəallar Laçın dəhlizində etiraz aksiya edir. 2 gün bundanq abaq da atəşkəs 15 dəfə pozulub. Problem kifayət qədər ciddiləşib. Avropanın ikili standartlara meyl etməsi göz qabağındadır. Biz özümüz iki məsələni mütləq həll etməliyik. Laçın dəhlizində gömrük və postlarımızı qurmalıyıq. Sülhməramlıların müvvəqəti olduğu yerdə silahlı erməni birləşmələrini fəaliyyətini aydınlaşdırmalıyıq. Yoxsa məsələ həllini tapmır", - Əhmədov bildirib.
 
2022-ci ildə Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinin imzalanması və şərtləri ilə bağlı müxtəlif zamanlarda bir araya gəlib.
 
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
 
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
 
Daha sonra, Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
 
 
2023-cü ilin fevralında  Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan öz təklifləri ilə sülh müqaviləsinin yeni variantını Azərbaycana təhvil verib. Ermənistanın baş naziri bəyan edib ki, o, mümkün qədər tez bir zamanda uzunmüddətli sülh və sabitliyin qarantı olacaq sənədi imzalamağa hazırdır.
 
Fevralın 23-də ABŞ Dövlət Departamentinin spikeri Ned Prays deyib ki, yaxın günlərdə Brüseldə Şarl Mişelin sədrliyi ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar gözlənilir.




Gülnar


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol